ManşetSağlamlıq

Ramin Bayramlı və Oqtay Şirəliyevə peyvənd vuruldu (FOTO/VİDEO)

Azərbaycan səhiyyəsinə rəhbərlik edən şəxslərə koronavirus əleyhinə peyvənd vurulub.

AzToday.az-ın xəbərinə görə, bu gün səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev vaksinasiya olunublar.

Onlara Bakı Sağlamlıq Mərkəzində vaksin vurulub.

11.09

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub.

AzToday.az xəbər verir ki, nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiya olunub.

Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev də gün ərzində vaksinasiya olunacaqlar.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılır. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

10.28

Məlum olduğu kimi, bu gündən Azərbaycanda koronavirus (COVİD-19) əleyhinə peyvəndləmə başlanır.

TƏBİB-dən Modern.az-a bildirilib ki, COVİD-19 vaksini ilkin olaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı və Səhiyyə naziri Oqtay Şirəliyevə vurulacaq.

Qeyd edək ki, Azərbaycan Çin istehsalı olan “Sinovac” peyvəndindən istifadə edəcək. Peyvənd vurdurmaq könüllüdür.


Bənzər yazılar

Back to top button