Siyasət

Çavuşoğludan atəşkəs barədə: “Önəmli fürsət var, hədər verməməliyik” (VİDEO)

“30 il siyasi yolla həll edilməyən Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə nail olundu. Lakin indi atəşkəs əldə olunub, bu, önəmli fürsətdir və əldən verilməməlidir”.

“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Atəşkəs davam olacağı halda, biz Türkiyə və Azərbaycan olaraq, Ermənistan da buna inanarsa, rəsmi İrəvanla münasibətlərimizi normallaşdırmaqla bağlı addımlar ata bilərik. Bu addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik. Çox önəmli fürsət var və bu, hədər verilməməlidir. Nəqliyyat, enerji, sərhədlərin açılması da daxil olmaqla çox müsbət gündəm mövcuddur. Türkiyə bu müsbət gündəmə töhfə verməyə davam edəcək. Atəşkəsin qalıcı olmasını arzu edirik. Bu mövzuda Ermənistan da cəsarətləndirilməlidir”, – deyə M.Çavuşoğlu bildirib.

Oxu.az

Bənzər yazılar

Back to top button