İdman

Qırmızı vərəqə aldı, ölümlə təhdid edilir

1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında ev sahibləri ilə qarşılaşan Kolumbiyanın futbolçusu Andres Eskobar öz qapısına qol vurduğundan ölüm təhdidləri almağa başlamışdı. Polisin ciddi qəbul etmədiyi olaydan sonra milli komanda ilə evə dönən 27 yaşlı futbolçu silahlı hücum nəticəsində qətlə yetirilmişdi.

Fanat.Az xəbər verir ki, bənzər hadisə hazırda Rusiyada keçirilən dünya çempionatında çıxış edən Karlos Sançesin başına gələ bilər. Yaponiya ilə oyundan sonra futbolçu ölüm təhdidləri almağa başlayıb. Bu dəfə Kolumbiya polisi hadisəni daha ciddi qəbul edərək genişmiqyaslı araşdırmalara start verib.

H qrupunun Kolumbia – Yaponiya oyununda cənubi amerikalılar favorit göstərilsələr də, meydanı 1:2 hesablı məğlubiyyətlə tərk etmişdilər. Qarşılaşmanın 3-ü dəqiqəsində qapıya tərəf gedən topun qarşısını əli ilə kəsələr həm penaltiyə səbəb olan, həm də qımızı vərəqə alan Sançes məhz bu səbəbdən təhdid edilir. Beləliklə, 32 yaşlı futbolçu Andres Eskobarın ölümündən 24 il sonra eyni vəziyyətlə üz-üzə qalıb.

Bənzər yazılar

Back to top button