Dünya

Ermənistan hökuməti aparatına yeni rəhbər təyin edildi

Ermənistanın keçmiş səhiyyə naziri Arsen Torosyan hökumət aparatının rəhbəri təyin olunub.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

O, bu vəzifədə Eduard Ağacanyanı əvəzləyib. Ağacanyan 2018-ci il mayın 10-dan bu vəzifədə işləyib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyanla fikir ayrılığına görə bu vəzifədən istefa verib. Arsen Torosyan isə 2008-ci il mayın 12-dən səhiyyə naziri işləyib.

Bənzər yazılar

Back to top button