İqtisadiyyatManşet

Deputatın qalmaqallı şirkəti ləğv olunur (FOTO)

2010-cu ilin yanvar ayında SOCAR ilə müqavilə imzalayıb təxminən 700-800 min abonentə xidmət göstərən “Azqazservis” MMC ləğv olunur.

AzToday.az xəbər verir ki, bu barədə iqtisadiyyat yazarı Allahverdi Aydın məlumat verib.

Jurnalistin sözlərinə görə, deputat və deputat məxsus şirkət qanunları pozub.

“Bu həmin “Azqazservis” MMC-dir ki, Bakı və Abşeronda qazdan istifadə haqqının yığılması, sayğac göstəricilərinin dəqiqləşdirilməsi, yaranmış borclar üzrə istehlakçıların məlumatlandırılması, eləcə də təbii qazdan qeyri-qanuni istifadə hallarının aşkar edilərək aradan qaldırılması işlərilə məşğul olub.

SOCAR o zaman bu böyüklükdə işləri heç bir tender keçirmədən cəmi bir ay əvvəl (15.12.2009) yaranan “Azqazservis” MMC-yə həvalə etmişdi. Son 10 ildə nəinki veb-saytı, hətta adicə “Facebook” səhifəsi belə olmayan “Azqazservis”ə dövlətin milyonlarla vəsaiti “etibar” edilib.

Çünki, “Azqazservis” MMC -nin başında duran şəxs tələbə vaxtı SOCAR prezidenti Rövnəq Abdullayevin qablarını yuyan (özü deyib – red) və 12 ildir Lerik rayonunu Milli Məclisdə “təmsil edən” deputat İqbal Məmmədovdur.
Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndi, həmçinin “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndinə görə deputat sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır.

P.S. Maraqlıdır, görəsən 2019-cu ildə deputatın Lerikdəki “Relax” otelində (qanuni təmsilçisi deputatın oğludur) Vergilər Nazirliyinin işçilərini döyənlərdən neçəsi Qarabağ döyüşlərində iştirak etdi…”

Bənzər yazılar

Back to top button