İdman

Transferdə İbrahimoviç bombası

“Los Aneles Qalaksi”də çıxış edən Zlatan İbrahimoviç bir neçə gün əvvəl “La Gazzetta dello Sport”a müsahibəsində “Napoli”də çıxış etmək istədiyini bildirmişdi.

Fanat.Az xəbər verir ki, İtaliya klubunun prezidenti Aurelio De Laurentiis isveçli ulduzun açıqlamasına münasibət bildirib.

“Sky Sport İtalya”ya danışan klub rəhbəri transferin mümkün olduğunu bildirib: “İbrahimoviç mənim dostumdu. Onunla bu yaxınlarda Los Ancelesdəki bir oteldə qarşılaşdıq. Onu “Napoli” formasında görməyi mən də arzulayıram. Yəni ortada təklifdən daha böyük bir şey var. Transfer tamamilə ona bağlıdı”.

Bənzər yazılar

Back to top button