İdman

“Atletiko” ilə duel ərəfəsində “Barselona”ya şad xəbər – O, qayıdır

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen bu həftəsonu İspaniya çempionatında “Atletiko Madrid”lə matçda oynaya biləcək.

Fanat.az xəbər verir ki, informasiyanı insayder Xavi Migel yayıb.

Mənbənin məlumatına görə, alman qolkiper madridlilərlə matça qədər zədəsini sağaldacaq.

Xatırladaq ki, Ter Şteqen belindəki problemlər səbəbindən “Barselona”nın “Rayo Valyekano” və “Portu” ilə son iki matçını buraxıb. Ehtiyat qapıçı İnyaki Pena bu oyunların heç birində qapısını toxunulmaz saxlaya bilməyib.

“Barselona” “Atletiko Madrid”i məğlub edə bilsə, La Liqada üçüncü yeri ələ keçirəcək. Kataloniyalılar birinci yerdə qərarlaşan “Real Madrid”dən dörd xal geri qalır.

Bənzər yazılar

Back to top button