Gündəm

Vəzifəsinə xitam verilən gömrükçülərə birdəfəlik müavinət ödəniləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə qanunvericilikdə nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara vəzifə maaşının altı misli məbləğində birdəfəlik müavinət ödəniləcək.

Bu barədə Prezident İlham Əliyev “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” dəyişiklik haqqında qanunu imzalayıb.

Sənədə əsasən, həmin birdəfəlik müavinətdən vergi tutulmayacaq.

Bu, Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan halları əhatə edir.

Bənzər yazılar

Back to top button