Gündəmİdman

Döyüş İdman Federasiyaları Operativ Qərargaha müraciət etdi

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha döyüş idman növləri federasiyaları, təşkilat və klubları adından müraciət edilib.

AzToday.az həmin müraciəti təqdim edir:

“Artıq 1 ilə yaxındır ki, ölkəmizdə pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlər çərçivəsində idman zallarının fəliyyəti qadağan olunub. Birbaşa deyək ki, bu məhdudiyyət qeyri Olimpiya növlərinə aid olan məşqçilərə və idmançılara həm mənəvi, həm ciddi maddi ziyan vursa da, qoyulan qaydalara ciddi əməl edilməsi üçün, biz də geniş təbliğat və izahat işləri aparmışıq. Bu müddət ərzində biz illərlə hazırladığımız idmançıları demək olar ki, itirsək də, tezliklə idman klublarının fəaliyyətinə icazə veriləcəyinə ümüd etmişik.

Lakin, Operativ Qərargah müəyyən qısa müddətli məhdudiyyətlərdən sonra vətəndaşların sıx təmasda olduğu supermarketlərin, bəbərxanaların, çayxana və kafelərin fəaliyyətinə icazə versə də, idman zalları yada düşməmişdir.

Halbu ki, geniş idman zallarında uyğun məsafəni saxlamaqla məşqlər edilməsi vətəndaşları həm psixoloji, həm fiziki durumuna faktiki kömək edərdi, həmçinin, deyildiyi kimi illərlə zəhmət çəkib hazırladığımız Azərbaycan idmançılarını itirməzdik.

Operativ Qərargahın son qərarı isə üzüntü və məyusluq hissləri yaratmaqla yanaşı, həm də qeyri Olimpiya növlərinə bəzi qurumlar tərəfindən göstərilən laqeydlik səbəbli əsəb gərginliyi yaratmış, idman ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanmışdır. Çünki digər ölkələrdə məsələn Türkiyə, Rusiya, Ukraina, Tailand və bir çox digər ölkələrdə idman zallarının fəaliyyəti ümumiyyətlə qadağan edilməmişdir.

Bu il artıq bütün idman növləri üzrə Dünya və Avropa səviyyəli yarışlara dəvətlər almışıq. Lakin, idman fəaliyyətinə icazə verilmədiyi halında biz Azərbaycanı necə və hansı səviyyədə təmsil edə bilərik? Ona görə Sizdən xahiş edirik, yuxarıda yazılanları və ölkəmizin idman mənafeyini nəzərə alaraq tezliklə döyüş növləri üzrə idman zallarının fəliyyətinə icazə verəsiniz”.

Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası

Azərbaycan Alpaqut Federasiyası
Azərbaycan Uşu Federasiyası
Azərbaycan Muaytay Tayboks Federasiyası
Dünya Kyokşin Birliyi Azərbaycan nümayəndəliyi
Azərbaycan Valetudo İdman Klubu
Gənc Vətənpərvərlər İctimai Birliyi
Azərbaycan CiuCitsu Federasiyası
Azərbaycan Vin Çun Federasiyası
Azərbaycan İTF = Taekvondo təşkilatı
Azərbaycan Real Aykido İdman Klubu
Azərbaycan S1 döyüş liqası
Azərbaycan FriFaytinq İdman Təşkilatı

Bənzər yazılar

Back to top button