İqtisadiyyat

Mərkəzi Bank 5 pulsayan maşın alır

Mərkəzi Bank yanvarın 19-da pulsayan maşınların satın alınması ilə bağlı tender keçirib.

Qaynarinfo xəbər verir ki, 11 min 33 manat dəyərində olan satınalma müsabiqəsini “Altair Technologies” MMC qazanıb.

Tenderin şərtlərinə görə, Mərkəzi Banka 5 ədəd müxtəlif funksiyaları olan pulsayan aparat alınacaq.

Qeyd edək ki, 2016-cı ildə yaradılan “Altair Technologies” MMC indiyə kimi cəmi bir dəfə dövlət satınalmalarında iştirak edib. Belə ki, 2019-cu ildə Maliyyə Nazirliyinin 217 min manatlıq tenderin qalibi olan MMC elektrotexniki avadanlıqlar sahəsində ixtisaslaşıb.

Bənzər yazılar

Back to top button