Rusiyaya qarşı cəbhədə yer almalılıyıq?!

by Aztoday Xəbər Portalı

İşğalçı Rusiyanın (Sovet İttifaqı) Azərbaycan xalqının istiqlal mübarizəsini qan içində boğduğu 20 yanvar 1990-cı ildən 31 il ötür.

Rusiya 9 aprel 1989-cu Tbilisdə, 1991-ci il yanvarın 13-də Vilnusda, 1991-ci il yanvarın 20-də Riqada qırğın və repressiya törədərək Gürcüstan, Litva və Latviyanın istiqlal mübarizəsin boğmağa çalışdı. Anaq bütün qırğın və represiyalara baxmayaraq Litva və Latviya Rusiyanın nəzarət və təsir dairəsindən tam çıxaraq Avropanın bir parçasına çevrilə bildi. Gürcüstan da istiqlal şəhidlərinin mübarizəsini davam etdirərək Rusiyanın təsir dairəsindən çıxmaq üçün önəmli məsafə qət edib.

Təəssüf ki, biz 20 yanvar şəhidlərinin qətl fərmanın Moskvadan verildiyinə baxmayaraq Rusiyanın təsir dairəsindən çıxmaq üçün kiçik bir məsafə də qət edə bilməmişik. Əksinə, Rusiyaya hərbi qüvvələrini “sülhməramlı” adı altında ölkəmizə yeritməsinə imkan vermişik.

Gec də olsa Rusiyanın təsir dairəsindən çıxmaq üçün addımlar atmağa başlamalıyıq. Bunun üçün də yeni imkanlar yaranmağa başlayır. Bu gün Co Bayden and içərək vəzifəsinin icrasına başlayacaq. ABŞ-ın yeni prezidenti bütün dünya boyunca Rusiya təsirinə qarşı mübarizə aparılması üçün strategiya hazırlanması və icra edilməsi ilə bağlı komandasının qarşısında vəzifə qoyub. Bu vəzifənin icrası isə dövlət katibi Entoni Blinkenə həvalə olunub. Məlumatlara görə, Blinken komandası ilə birlikdə son iki ay ərzində bu strategiyanın üzərində işləyib.
Blinkenin yanvarın 19-da Senatın xarii məsələlər komitəsində çıxışı zamanı söylədiyi fikirlər də Rusiyanın doğurdu təhdidlərin qarşısının alınmasını adminstrasiyanın fəaliyyətinin əsas istiqamətlərindən olacağını təsdiq edir.
Bu məqsədlə hazırlanan strategiyanın əsas istiqmətlərindən biri Rusiyanın təsirinə qarşı mübarizə aparan postsovet respublikalarınaVaşinqtonun hərtərəfli dəstək verməsini nəzərdə tutur. Bu zaman həmin respublikalara siyasi və iqtisadi dəstəyin artırılması, hərbi potensiallarının gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda Moskvanın maraqlarına xidmət edərək Qərbə qarşı çıxış edən postsovet respublikalarının isə Vaşintonun “qara siyahı”sına salınacağını nəzərdə tutulur.

Vaşinqtonun xarici siyasətində kardinal dəyişiklik baş verir və bu hər bir postsovet respublikasından qəti seçim etməyi tələb edir. Bizdən isə bunu həm də istiqlal şəhidlərimizin əziz xatirəsi tələb edir.

İstiqlal şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun!

Xaqani Cəfərli, politoloq

Bənzər Yazılar