Tramp Baydenin andiçmə günü üçün planlarını açıqlandı

by Aztoday Xəbər Portalı

Vəzifəsindən gedən ABŞ prezidenti Donald Tramp demokrat Cozef Baydenin andiçmə mərasimindən dörd saat əvvəl Vaşinqtondan ayrılacaq.

Qaynarinfo xəbər verir ki, bu haqda Ağ Evdən verilən məlumatda deyilir.

Tramp və birinci xanım Melaniya andiçmə mərasiminin günortaya planlaşdırıldığı zaman səhər 8-də Floridaya uçacaqlar.

Xatırladaq ki, bir qədər əvvəl Tramp xələfinin andiçmə mərasimində iştirak etmək niyyətində olmadığını bildirmişdi. “Reuters”in məlumatına görə, Respublikaçı bu gün Vaşinqton yaxınlığındakı Endryüs hərbi bazasından Florida ştatındakı Mar-a-Laqodakı evinə uçacaq. Bundan əvvəl Endryüs də vida mərasiminin keçirilməsi gözlənilir.

Bənzər Yazılar