İdman

Del Pyero da Ronaldonu tənqid etdi

Kriştiano Ronaldonun DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə oyunda (2:2) hakimin qərarına etiraz olaraq kapitanlıq sarğısını yerə atması tənqidlərə səbəb olub.

Qol.az xəbər verir ki, İtliya millisi və “Yuventus”un kemiş futbolçusu Alessandro Del Pyero da 36 yaşlı futbolçunun bu hərəkətini doğru saymadığını bildirib. O, ESPN-ə açıqlamasında deyib: “Bu reaksiya normadan artıq idi. Bu şəkildə davranmaq olmaz. Əsəbiləşmək, bu barədə danışmaq, hakim mövzusunu gündəmə gətirmək normaldır. Ancaq kapitanlıq sarğısını yerə atmaq, meydanı tərk etmək Ronaldo kimi bir oyunçu, kapitan və bir çoxunun kumiri olan futbolçu üçün artıq hərəkətdir”.

Xatırladaq ki, Ronaldo millimizin yer aldığı A qrupunda oynanılan görüşün 90+3-cü dəqiqəsində topu rəqib qapısından keçirsə də, hakim bunu qeydə almayıb. 36 yaşlı futbolçu isə yan xətt hakiminə sərt şəkildə etirazına görə sarı vərəqə alıb və meydanı final fitindən əvvəl tərk edib. Bu zaman isə qolundakı kapitanlıq sarğısını açaraq yerə çırpıb.

Bənzər yazılar

Back to top button