İqtisadiyyat

“Vita Apteklər” şəbəkəsi yenidən cərimələnir

“Vita Apteklər” şəbəkəsi məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, MMC rəhbərliyi aptek təşkilatlarına dair tələblərin pozulmasına görə iki min manatadək məbləğdə cərimə gözləyir.

İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, bir neçə ay əvvəl “Vita Aapteklər” MMC İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən cərimə edilmişdi.

Hazırda təsisçisi Elçin Sadıqov Ağasadıq oğlu olan MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 48 min 259 manat 54 qəpik borcu var.

Bənzər yazılar

Back to top button