İki aydır Rusiyaya qarşı hücum strategiyası hazırlanır: Bayden hərəkətə keçir…

by Aztoday Xəbər Portalı

Bu gün ABŞ-ın yeni prezidenti Co Bayden and içərək vəzifəsinin icrasına başlayacaq. Baydenin Donald Trampdan fərqli olaraq daha aktiv xarici siyasət yürüdəcəyi gözlənilir. Belə ki, Baydenin “Əcnəbi liderlərə səslənirəm, Amerika qayıdır. Biz oyuna qayıdırıq” bəyanatı da yeni administrasiyanın sərt xarici siyasətə üstünlük verəcəyini göstərir.

Xüsusi ilə Bayden dönəmində ABŞ-ın Rusiyaya yönəlik siyasətin daha sərt olacağı şübhəsizdir. Baydenin Rusiya Prezidenti Vladimir Putinin şəxsinə də antipatiyası olduğu deyilir.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti bütün dünya boyunca Rusiya təsirinə qarşı mübarizə aparılması üçün strategiya hazırlanması və icra edilməsi ilə bağlı komandasının qarşısında vəzifə qoyub. Bu vəzifənin icrası isə dövlət katibi Entoni Blinkenə həvalə olunub. Məlumatlara görə, Blinken komandası ilə birlikdə son iki ay ərzində bu strategiyanın üzərində işləyib.

Blinkenin yanvarın 19-da Senatın xarici məsələlər komitəsində çıxışı zamanı söylədiyi fikirlər də Rusiyanın doğurduğu təhdidlərin qarşısının alınmasını adminstrasiyanın fəaliyyətinin əsas istiqamətlərindən olacağını təsdiq edir.

Bu məqsədlə hazırlanan strategiyanın əsas istiqmətlərindən biri Rusiyanın təsirinə qarşı mübarizə aparan postsovet respublikalarına Vaşinqtonun hərtərəfli dəstək verməsini nəzərdə tutur. Bu zaman həmin respublikalara siyasi və iqtisadi dəstəyin artırılması, hərbi potensiallarının gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda Moskvanın maraqlarına xidmət edərək Qərbə qarşı çıxış edən postsovet respublikalarının isə Vaşintonun “qara siyahı”sına salınacağı nəzərdə tutulur.

Müşahidəçilərin fikrincə, Vaşinqtonun xarici siyasətində kardinal dəyişikliklər baş verir və postsovet ölkələri Rusiyanın təsirindən çıxması üçün bu imkandan yararlanmalıdır…

Qaynarinfo.az

Bənzər Yazılar