Hadisə
Bərdədə 20 Yanvar abidə kompleksi dağıdıldı (VİDEO)
Bərdə şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksi dağıdılıb.
Bu barədə Qaynarinfo-ya rayon sakinləri məlumat verib.
Sakinlərin verdiyi məlumata görə, bu səhər Bərdə şəhərində Tərtər çayının sol sahilində ucaldılmış abidəni ziyarətə getmək istəyən rayon sakinləri abidənin tamamilə sökülüb-dağıldığını görüblər.