Baydenin inauqurasiyasında Belarusu kim təmsil edəcək: Tixanovskaya, yoxsa?..

by Aztoday Xəbər Portalı

Belarus təmsilçisi Co Baydenin andiçmə mərasiminə dəvət edilib.

Qaynarinfo TUT.by-yə istinadla xəbər verir ki, ABŞ prezidentinin andiçmə mərasiminə Ağ Evdən dəvət alan şəxs icra hakimiyyətində yüksək vəzifəli bir məmur deyil, peşəkar bir diplomat olacaq.

Dəvət Belarusun müvəqqəti işlər vəkili Dmitri Basik tərəfindən alınıb, çünki 13 il əvvəl baş verən “diplomatik müharibə” səbəbindən respublika və ABŞ bir-birlərinə səfir göndərmirlər. Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz rəsmi Minskin dəvəti qəbul etdiyini deyib.

Xatırladaq ki, bundan əvvəl Aleksandr Lukaşenkodan fərqli olaraq, Qərb tərəfindən ölkənin qanuni prezidenti kimi tanınan müxalifətçi Svetlana Tixanovskayanın Baydenin andiçmə proseduruna dəvət ediləcəyi bildirilmişdi.

Bənzər Yazılar