Siyasət

ABŞ-da yaşayan azərbaycanlı alim Baydenlə Harrisin böyük eybindən yazdı

“Co Bayden bu gündən ABŞ-ın 46-cı prezidenti kimi işə çıxır. Onun administrasiyası ilk gündə ABŞ-da qanuni statusu olmayan 11 milyona yaxın qaçqına vətəndaşlıq üçün 8 illik bir yol xəritəsi təqdim edir, Meksika ilə sərhəddə divarların tikintisini dayandırır, Rusiyaya qarşı daha sərt sanksiyalara, Çinlə iqtisadi və ticari əməkdaşlığı genişləndirməyə hazırlaşır”.

AzToday.az xəbər verir ki, bu sözləri hazırda ABŞ-da yaşayan azərbaycanlı alim Qubad İbadoğlu bildirib.

Qubad İbadoğlunun sözlərinə görə, ABŞ-ın yeni administrasiyası ilk növbədə Tramp dövründən qalan problemləri həll edəcək:

“Bayden Tramp administrasiyasından miras qalmış bir çox problemləri qısa müddətdə həll etmək niyyətindədir. Hazırda demokratların istədiklərini etməyə gücü yetərincədir. Konqres bütövlükdə demokratların nəzarətindədir, onlar nümayəndələr palatasından sonra son seçkilərdə senatda da üstünlük qazanıblar.

Yeni prezidentin istədiklərini etməyə siyasi iradəsi də kifayət qədərdir, yeganə fiziki imkanları zəif görsənir, ona görə də Asiya mənşəli xanım vitse-prezident Kamala Harrisdən də gözləntilər çoxdur. Onların hər ikisinin bir böyük eybi ermənilərlə sıx bağlarının olmasındadır. Adətən belə bağlar seçkidə rol oynasa da, ABŞ dərin dövlət idarəçiliyndə əhəmiyyətini itirib. İzləyib, görəcəyik ki, bu dəfə də elə olacaq və qonşular həmişəki kimi yenə məyus qalacaqlar”.

Bənzər yazılar

Back to top button