Dünya

Meksikada bayram gecəsi şəhər merini güllələdilər

Bazar ertəsi Yeni il şənliyi gecəsində Meksikanın cənubundakı Oaxaka ştatının Jalapa şəhərinin meri Arturo Velazquesə hücum edilib.

Qaynarinfo Televisa telekanalının verdiyi məlumata istinadən xəbər verir ki, naməlum şəxslər bayramın keçirildiyi binaya girib və insanlara atəş açmağa başlayıblar.

Velazques ilə birlikdə şəhər administrasiyasının işçilərindən biri Xavyer Terreronun da hücumun qurbanı olduğu bildirilir. Digər ölən və yaralananlar barədə məlumat verilmir. Atıcılar hadisə yerindən qaçıb, onları isti izlərlə ələ keçirmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları hadisənin səbəblərini müəyyənləşdirirlər.

Bənzər yazılar

Back to top button