Yaxın aylarda Ermənistanda baş verəcək 5 qaçılmaz hadisə – Erməni türkoloq

by Aztoday Xəbər Portalı

Erməni türkoloq Varujan Qeqamyan baş nazir və onun komandası hakimiyyətdə qalaсağı təqdirdə yaxın aylarda Ermənistanda baş verəcək 5 olayla bağlı proqnoz verib.

Qaynarinfo xəbər verir ki, bu haqda o öz Feysbuk hesabında yazıb.

Onun proqnozlaşdırdığı olaylar bunlardır:

1. Ermənistanda dərin iqtisadi böhran. Yerli iqtisadçıların (və xüsusilə istehsalçıların) biznesinin çökməsi, büdcə kəsiri.

2. Sünikə ermənilərin köçürülməsinin tədricən zəifləməsi, nəticədə oranın Acariyaya – türk bölgəsinə çevrilməsi;

3. Erməni ordusunun azaldılması, yəni özünümüdafiə mexanizminin ləğvi.

4. Ermənistanın böyük regional müharibəyə zorən qarışması, bu vəziyyətdə özümüzü müdafiə etmək şansımız yoxdur, çünki ordumuz olmayacaq. Yəni yeni bir soyqırım.

5. Ermənistandan kütləvi miqrasiya”.

Sonda Qeqamyan qeyd edib:

“Bütün bunlardan Ermənistan dövlətini işğal edən hakim komanda aradan qaldırılacağı halda qurtulmaq, Erməni dövlətçiliyini yenidən qurmaq olar”.

Bənzər Yazılar