Dünya

Burcanadze Rusiyaya görə Saakaşvilini yenidən “vurdu”

Mixail Saakaşvilinin Ukraynanın İslahatlar Komitəsinin sədri təyin olunması Moskva ilə Kiyev arasında münasibətləri yaxşılaşdırmayacaq.

Qaynarinfo xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin keçmiş sədri, müxalif “Vahid gürcüstan – Demokratik Hərəkatı” partiyasının lideri Nino Burcanadze deyib.

“Saakaşvilinin təyinatı Rusiya-Ukrayna münasibətlərinə yaxşı heç nə gətirməyəcək, çünki onun əsas təlimi anti-Rusiya kartıdır. Yeni mövqeyində o, Qərbin gözü qarşısında xal toplamaq üçün hər şeyi edəcək. Bunun üçün o, Rusiya və Putini təhqir edəcək, yəqin ki, yenidən aranı qızışdıracaq”, –
Burcanadze “İzvestiya” qəzetinə açıqlamasında bildirib.

Bənzər yazılar

Back to top button