Dünya

Ukrayna İrandan təzminat tələb edir

“İran günahını etiraf etdi, lakin bütün məsuliyyəti üzərinə götürməsini istəyirik. İrandan şəffaf və tam bir təhqiqat üçün zəmanət istəyirik”.

Qaynarinfo xəbər verir ki, belə bir bəyanatla Ukrayna prezidenti Vladimir Zelenski çıxış edib. Günahkarların qanun qarşısına çıxarılmalı olduqlarını bildirən Zelenski cənazələrin ölkələrinə göndərilməsi, təzminat ödənilməsi və diplomatik kanallardan üzr istənilməsi kimi tələblərinin olduğunu deyib.

Qeyd edək ki, İran Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsinin səhvən vurulduğunu etiraf edib.

Xatırladaq ki, hadisə nəticəsində 176 nəfər həyatını itirmişdi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button