Dünya

Qahirə və Amman fələstinlilərin Qəzza zolağından köçürülməsi siyasətini rədd etdilər

Amman və Qahirə fələstinlilərə qarşı kollektiv cəza siyasətini, o cümlədən onları Misirə və ya İordaniyaya köçürmək fikrini rədd edir və bu cür çağırışların regional sabitlik üçün təhlükəsi barədə xəbərdarlıq edirlər. Bu barədə Misir lideri Abdel Fattah Əs-Sisi ofisinin Qahirədə İordaniya Kralı II Abdulla ilə görüşündən sonra yaydığı bəyanatda deyilir.

“[İki ölkənin liderləri] fələstinlilərin mühasirəsi, aclığı və ya ərazilərindən Misir və ya İordaniyaya köçürülməsi daxil olmaqla kollektiv cəza siyasətini rədd etdiklərini vurğuladılar və bu çağırışların regional sabitlik üçün təhlükəsi barədə xəbərdarlıq etdilər”.

Liderlər “Əl-Əhli Xəstəxanasının atəşə tutulmasını və mülki şəxslərə edilən bütün hücum aktlarını” qətiyyətlə pislədilər və “Rafah keçid məntəqəsi vasitəsi ilə Qəzza zolağına humanitar yardımın davamlı olaraq çatdırılmasının vacibliyini” vurğuladılar.

Petra agentliyinin məlumatına görə, Qahirədəki danışıqlar zamanı iki ölkənin liderləri “müharibənin davam etməsi, [hərbi əməliyyatların] genişlənməsi və nəticələrinin ağırlaşması bütün bölgənin onun üçün fəlakətə çevrilə biləcək təhlükəli vəziyyətdə olmasına səbəb olacağını” vurğuladılar.(Turan)

Bənzər yazılar

Back to top button