İdman

İŞİD bu dəfə Ronaldonu hədəfə aldı (FOTO)

İŞİD terror təkşilatı Rusiyada keçiriləcək dünya çempionatını təhdid etməkdə davam edir. “Qaynarinfo” xəbər verir ki, terrorçular bu dəfə Kriştiano Ronaldonu hədəfə alıb.

İŞİD-in sosial mediada paylaşdığı fotoda gözünün altı qaralmış Ronaldo diz çökmüş vəziyyətdə təsvir olunub və başının üzərində əli bıçaqlı terrorçu dayanıb. Fotonun üzərinə isə “Söylədiklərimiz, duyduğunuz deyil, gördüyünüz şeylərdir. Sadəcə gözləyin. Biz də gözləyirik” yazılıb.

Qeyd edək ki, İŞİD bundan əvvəl “DÇ-2018″i Lionel Messi və Neymarla hədələmişdi. Əvvəlcə Messinin dəmir barmaqlıqlar arasında və gözündən qan axarkən çəkilmiş fotosu paylaşılmışdı. Daha sonrakı fotoda isə Messi ölmüş vəziyyətdə, Neymar isə diz çökmüş vəziyyətdə təsvir edilmişdi.

Bənzər yazılar

Back to top button