Cəmiyyət

Görüntüləri yayılan YPX əməkdaşı məsuliyyətə cəlb olundu (FOTO/VİDEO)

Sosial şəbəkədə Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) əməkdaşının yol hərəkəti qaydalarını pozduğu üçün cəzalandırıldığına dair rəsmi məktub paylaşılıb.

AzToday.az xəbər verir ki, qayda pozuntusu ilə bağlı vətəndaş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlayıb.

Rəsmi cavab məktubu vətəndaşın müraciətinə cavab olaraq, Baş Dövlət Yol Polis İdarəsindən göndərilib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov ilə əlaqə saxladıq.

V.Əsədov Oxu.Az-a açıqlamasında faktı təsdiq edib:

“Sözügedən şikayət məktubu Sabunçu rayon Bakıxanov qəsəbəsi, S.Qocayev, məhəllə 4094 ərazisində yaşayan Dədəverdiyev Əsəd İntiqam oğlu tərəfindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə ünvanlanıb. O, 99-YP-410 dövlət qeydiyyat nişanlı patrul avtomobilini idarə edən patrul əməkdaşının görüntülərini “YouTube” kanalına yerləşdirib. Görüntülərlə birlikdə idarəyə göndərdiyi məktuba baxılıb, araşdırma aparılıb və aidiyyəti üzrə vətəndaşa cavab verilib”.

Bənzər yazılar

Back to top button