İdman

“Barselona” kimləri transfer edəcək? – SİYAHI

“Barselona” gələn yayda heyətinə bir neçə yeni futbolçu qatacaq. Fanat.Az xəbər verir ki, artıq Kataloniya klubunun transfer siyahısı açıqlanıb.

Tomas Vermaelenin ardıcıl zədələr alması və Xavyer Maskeronanun “Nou Kamp”dakı karyerasının sonuna yaxınlaşması “Barselona”nın müdafiə xəttində müəyyən dəyişikliklər etməsinə səbəb olacaq. Kataloniyalılar yayda Braziliyanın “Palmeyras” klubundan kolumbiyalı stoper Yerri Minanı heyətinə qatacaq. Artıq klublar bu transferi 9 milyon avro qarşılığında razılaşdırıb.

Baş məşqçi Ernesto Valverde eyni zamanda Avropa təcrübəsi olan bir müdafiəçi də istəyir. “Barselona” bu məqsədlə “Real Sosyedad”dan İniqo Martinesi 32 milyon avroya transfer edə bilər.

“Barselona”nın başqa bir hədəfi kolumbiyalı mərkəz müdafiəçisi Davinson Sançesdi. Amma avqust ayında 46 milyon avro qarşılığında “Ayaks”dan “Tottenhem”ə transfer olunan gənc futbolçunun transferi hələlik mümkün görünmür.

Bu səbəbdən “Barselona” “Ayaks”ın hazırkı stoperi Mattiys de Ligti varianatlar arasında saxlayır. 18 yaşlı müdafiəçi bu mövqeyə digər namizədlərdən daha ucuz olduğundan transferi baş tuta bilər. “Barselona” onun üçün təxminən 20 milyon avro xərcləməlidi.

Həmçinin “Leypsiq”in gənc fransız mərkəz müdafiəçisi Dayot Upamekano da “Barselona”nın namizədləri arasındadı.

Ernesto Valverde daha təcrübəli oyunçular istədiyi üçün “Napoli”nin seneqallı stoperi Xalidu Kulibali və “Latsio”nun mərkəz müdafiəçisi Stefan de Vrij də siyahıda yer alır. Amma hər iki futbolçunun qiyməti çox bahadı. “Napoli” və “Latsio” onlar üçün ən azı 50 milyon avro istəyəcək.

Bənzər yazılar

Back to top button