İdman

Avropanın 7 böyük klubu bu türkü istəyir

“Beşiktaş”ın və Türkiyə millisinin futbolçusu Cenk Tosun daha bir tanınmış Avropa klubunun maraq dairəsinə düşüb. Fanat.Az xəbər verir ki, Dortmund “Borussiya”sı türk futbolçunu transfer siyahısına salıb.

“Kicker”in məlumatına görə, Pyer-Emerik Aubameyanqı satmağa hazırlaşan “Borussiya” rəhbərliyi onun yerinə Cenki transfer etmək niyyətindədi.

Qeyd edək ki, Cenki “Borussiya”dan başqa İngiltərənin “Tottenhem”, “Everton”, “Nyukasl”, “Kristal Palas”, İtaliyanın “Milan” və Almaniyanın “Milan” klubları da istəyir.

Onu da qeyd edək ki, Almaniyanın “Ayntraxt” (Franksfurt) klubunun yetirməsi olan Cenk 2011-ci ildə 550 min avroya “Qaziantepspor”a transfer olunub. 26 yaşlı hücumçu 2014-cü ilə transfer haqqı ödənmədən “Beşiktaş”a keçib.

Bənzər yazılar

Back to top button