İqtisadiyyat

Bütün ölkələrin dövlət borcu dünya ÜDM-nin 100 faizi qədər artıb – Pandemiya səbəbilə

Ötən ilin sonuna bütün ölkələrin ümumi dövlət borcu dünyanın ÜDM-nin 98 faizinə çatıb. Bu barədə Beynəlxalq Valyuta Fondunun hesabatında söhbət açılır.

Ötən yay mütəxəssislər ehtimal edirdilər ki, bütün ölkələrin dövlət borcu ilin sonuna 101,5 faizə çatacaq. Bu zaman, koronavirus pandemiyasına qədər fondun apardığı hesablamaya görə, göstərici 84 faiz olmalı idi.

Hesabatda həm də göstərilir ki, 2020-i ilin sonuna pandemiya səbəbilə hökumətlərin iqtisadiyyata göstərdiyi dəstək ümumilikdə, 14 trilyon dollar həddinə çatıb («PRAYM»).

Bu məbləğin 7,8 trilyon dolları əlavə xərclərin və gəlirlərdən imtinanın payına düşür. Daha 6 trilyon dollar isə – zəmanətin, borcların və kapital axınının payına düşür.

«Ən yüksək defisit və borc artımı iqtisadiyyatı inkişaf etmiş ölkələrdə qeydə alınıb. Onların ardınca isə orta gəlirli və inkişaf etməkdə olan ölkələr gəlir» – BVF qeyd edir.

AzPolitika.info

Bənzər yazılar

Back to top button