Siyasət
Paşinyan milli matəm elan etməyə hazırlaşır
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı yüzlərlə erməni hərbçinin itkin düşdüyünü açıqlayıb.
Qaynarinfo bu haqda RİA Novosti-yə istinadla xəbər verir.
“Müharibənin başlanğıcından bəri bir neçə yüz itkin əsgərimiz var”, – Paşinyan deyib.
O, əlavə edib ki, hakimiyyət onların taleyi haqda məlumat əldə etdikdən sonra respublikada milli matəm elan olunacaq.