Cəmiyyət

Operativ Qərargah kütləvi imtahanların keçirilməsinə icazə verməyəcək

Ən kütləvi imtahanlar aprel- sentyabr aylarında olacaq.

AzToday.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin bu gün keçirilən mətbuat konfransında DİM sədri Məleykə Abbaszadə deyib.

O, qeyd edib ki, aprel ayında buraxılış imtahanları keçiriləcək:

“İmtahanlara bir ay qalmış dəqiq tarixlər elan ediləcək. Hələ ki, vaxt var.

Ola bilər, kütləvi imtahanların keçirilməsinə Operativ Qərargah tərəfindən icazə verilməsin. Bu zaman imtahanlar növbəti ayda – may ayında keçiriləcək”.

Modern.az

Bənzər yazılar

Back to top button