İdman

“Qarabağ”dan möhtəşəm nəticə: “Atletiko”nu uddu

UEFA Gənclər Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir.

Azərbaycanın U-19 liqasının qalibi “Qarabağ” Madriddə “Atletiko”nun qonağı olub.

“Qarabağ” bundan əvvəl səfərdə keçirdiyi “Çelsi” ilə oyunda 0:5, ev oyunlarında isə “Roma”ya 0:3, “Atletiko”ya 1:5 hesabı ilə yenilmişdi. Rəşad Sadıqovun başçılıq etdiyi komanda bu dəfə daha inamlı təsir bağışlayıb və ilk qələbəsini qazanıb. “Qarabağ”a qələbə qazandıran qolu 45-ci dəqiqədə Yaroslav Deda vurub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button