Siyasət

Bayramov Lavrovla tarixi bəyanatları müzakirə etdi

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

XİN-dən AzToday.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud olan vəziyyəti və 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT və digər çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Bənzər yazılar

Back to top button