HadisəManşet

Məşhur iş adamı Ramiz Mehdiyevin oğlu və kürəkəninin şikayəti ilə həbs edildi

“Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilməsinin səbəbi bəlli olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R. Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb.

Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.

Xatırladaq ki, Rasim Məmmədov və Mehdiyevlər ailəsi biznes ortağı, əsasən “Baku Steel Company”də birgə pay sahibi olublar. R.Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.

Bənzər yazılar

Back to top button