Ukraynanın daxili işlər nazirinin oğlu həbs edildi

Print Friendly, PDF & Email

Ukraynanın daxili işlər nazirinin oğlu həbs edilib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb. Yayılan məlumata görə, Arsen Avakovun oğlu Aleksandr bu gün Milli Antikorrupsiya Bürosunun əməkdaşlarının aparılan axtarışlarından sonra saxlanılıb.

Hadisə barədə daxili işlər nazirinin sabiq məsləhətçisi İlya Kiva telekanala açıqlama verərək deyib ki, əvvəllər də onun saxlanılması barədə göstəriş olub. Lakin axtarışlar və araşdırmalar zamanı Aleksandr Avakovun günahı sübuta yetirilməyib. İ.Kiva A.Avakovun axtarışı zamanı telefonlar və planşetlərin aşkar olunaraq müsadirə edildiyini vurğulayıb.

“Onu həbs etməklə, nazirləri manipulyasiya etmək istəyirlər. Bununla da, onlar nazirin işində verdiyi qərarlara təzyiq göstərmək istəyirlər”,- deyə İ.Kiva bildirib.