Bizim seçimCəmiyyətGündəmManşet

900 nəfərə möhtac qalan 10 milyon…

Ələsgər Məmmədli
Hüquqşünas

Bu gün Milli Məclis bu xalqın mənafelərinin ziddinə daha bir addım atdı.

Onsuz da çoxdan ədalət axtarılan yer olmaqdan uzaq olan məhkəmələrdə vətəndaşların öz seçdikləri nümayəndə vasitəsi ilə təmsil olunmalarını qadağan edən qanun dəyişikliklərini qəbul etdilər. Beləliklə, 10 milyon əhali özünün müdafiəyə ehtiyacı olan bir quruma – sayı 900 nəfər olan Vəkillər Kollegiyasına məhkum buraxıldı. Bu nə deməkdir?

1. Azərbaycanın paytaxtı Bakı və ətrafında yaşamayan 7 milyon 20 min nəfər əhalini cəmi 235 vəkil təmsil edəcək. Yəni hər 30 000 nəfəri bir vəkil təmsil edəcək. (Qeyd- Dövlət Statistika Komitəsinin son məlumatına əsasən Bakı, Abşeron və Sumqayıtdan kənarda yaşayan (qeydiyyatda olan) əhali sayı 7 milyon 20 min nəfərdir. Bu bölgələrdə cəmi 235 vəkil fəaliyyət göstərir. www.stat.gov.az).

2. Hazırda məhkəmədə olan işləri vəkillərin sayına bölsək, hər vəkilə 500-dən çox iş düşəcək (sadəcə courts.gov.az saytına adaptasiya edilən məhkəmələrdə olan işlərin sayı 373 748 işdir).

3. Vətəndaşları müxtəlif hiylələrlə aldadıb, kredit bataqlığına salan banklara qarşı minlərlə vətəndaşı müdafiə edən nümayəndələr olmadığından, həmin əhali kütləsinin əksəriyyəti rayonlarda olduğundan, banklar qarşısında müdafiəsiz qalacaqlar.

4. Minlərlə nümayəndə işsiz qalacaq və onların minlərlə ailə üzvünün gəlir yerləri olmayacaq, ehtiyac içərisinə düşəcəklər.

5. Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarılan işlərin sayında ciddi azalma olacaq (Çünki məhdud sayda vəkillərlə yüz minlərlə işin yerli məhkəmələrdə keyfiyyətli aparılması və AİHM standartlarına uyğun hala gətirilməsi ciddi şübhə altına düşəcək).

6. 600-dən çox hakimin, 600-dən çox hakim köməçkilərinin, Prokurorluq orqanlarında, DİN-də, Vergidə, Gömrükdə fəaliyyət göstərən minlərlə mstəntiqlərin, prokurorların qarşısında cəmi 900 nəfər vəkil 10 milyon insanı cinayət, inzibati və məhkəmə işlərində “keyfiyyətli’ təmsil edəcək.

7. Hakimlərin gülü açacaq! Məhkəmələrdə hakimlərin hüquqdankənar hərəkətlərinə etiraz edib, varlıq göstərən vəkilləri dərhal Kollegiya vasitəsi ilə cəzalandıran, vəkillikdən atdıran hakimlərin nümayəndələrə heç bir təsir imkanları yox idi. Bu da onları zaman-zaman çilədən çıxarırdı.

Ayrıca, bəzi vəkillər rahatlıqla hakimlərlə münaqişədən qorxmur, vəkillikdən atılsalar da, nümayəndə kimi fəaliyyətlərini sürdürə biləcəkləri üçün daha ötkəm olurdular. İndi bütün vəkillər hakimlərə görə Kollegiya torbasına salınmış vəziyyətdə olacaq.

Beləliklə, tam kontrol təmin ediləcək.

Bənzər yazılar

Back to top button