Siyasət

İlham Əliyev Qırğızıstana dövlət səfərinə gedəcək

Azərbaycan prezidenti İlham Əliyev 11-12 oktyabr tarixlərində Qırğızıstana dövlət səfərinə gedəcək, bu barədə Qırğızıstan prezidentinin saytında yer alan məlumatda deyilir.

Səfər zamanı Əliyevin Qırğızıstan prezidenti Sadır Japarovla ikitərəfli danışıqları baş tutacaq. Tərəflər “ikitərəfli və çoxtərəfli əməkdaşlıqla bağlı aktual məsələləri, habelə gələcək inkişaf və səmərəli qarşılıqlı əlaqələr qurulmasının perspektivlərini” müzakirə edəcəklər, deyə məlumatda bildirilir.

Səfər zamanı həmçinin Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi planlaşdırılır.

Bundan başqa, “Qırğızıstan-Azərbaycan Dostluğu” parkının, habelə Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı olacaq. (Turan)

Bənzər yazılar

Back to top button