ManşetSiyasət

The Wall Street Journal: … Rusiya və İranın Qarabağ ermənilərindən istifadə edəcəkləri ehtimalı var

Ermənistan və Azərbaycan arasında sülh sazişi bağlanmasında vasitəçi olmağa çalışan dövlət katibi Entoni Blinken bu həftə Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar təşkil edir. Bu, Vaşinqtonun sülh vasitəçisi rolunun xeyli genişləndiyini göstərir, belə ki, cənab Blinken Amerikanın bir neçə günlük təcrübi vasitəçiliyinə hazırlaşır, The Wall Street Journal dövlət katibinin vasitəçiliyini belə şərh edib.

Şərhdə qeyd edilir ki, Amerikanın daha fəal iştirak etməsi zərurəti yaranıb, belə ki, Rusiya və İran sülh prosesini pozmaq üçün, çox güman ki, Qarabağ ermənilərindən istifadə edəcəklər. 2020-ci ilin noyabrında cənab Blinkenin tərəflər arasında birbaşa qarşılıqlı əlaqələri təşviq etməkdən bir qədər artıq olan səyləri qeyri-kafi olub. Danışıqlar bərpa olunacağına görə cənab Blinken Azərbaycanla sülh bağlamaq və Putinə vəziyyətdən öz maraqlarına uyğun istifadə etmək imkanı verməmək üçün Yerevana təzyiq göstərməlidir.(Turan)

Bənzər yazılar

Back to top button