İdman

“Barselona”dan transferlərə 300 milyon avro büdcə

“Barselona” yay transfer pəncərəsi üçün 300 milyon avro büdcə ayırmağa qərar verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu bu məbləğin 75 milyon avrosunu “Ayaks”ın yarımmüdafiəçisi Frenk de Yonq üçün ödəməyi planlaşdırır. “Barsa”nın digər hədəflərinin Luka Yoviç və Antuan Qrizmann olduğu iddia olunub.

Ancaq bu büdcənin ayrılması üçün La Liqa təmsilçisi bəzi futbolçuları ilə yolları ayırmağı düşünür. Bu oyunçuların Filip Koutinyo, Samuel Umtiti və İvan Rakitiç olduğu iddia olunur.

Bənzər yazılar

Back to top button