Azərbaycanda heyvanabənzər əcaib məxluq peyda olub: sakinlər səksəkə içərisindədirlər

Print Friendly, PDF & Email

Oğuz rayonunda heyvanabənzər əcaib məxluq peyda olub. Bu barədə rayon sakinlərinin yerli mediayaya verdikləri məlumatına görə, hadisə rayonun Xaçmaz kəndində baş verib. Əcaib məxluq bir neçə nəfər kənd sakininə hücum edib və onları yaralayıb.

Əvvəlcə sakini, 1984-cü il təvəllüdlü İbrahimova Aynur İmdad qızı vəhşi heyvanın hücumuna məruz qalıb. İbrahimovların yaşadıqları həyətyanı sahəyə soxulan heyvan, həyətdə söhbət edən 3 nəfər qadına hücum edib, öncə Aynurun, ardınca yanındakı 2 qadınun ayaq nahiyəsindən və qolundan dişləyib.

Daha sonra həyətdəkilərin qışqırıq səsini eşidən qonşular və evdəkilər köməyə gəliblər. Bu zaman çaqqal onların üstünə hücum çəkib, əl-ayaqlarını yaralayıb. Xəsarət alan şəxslər Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilk tibbi yardim göstərilib.

Hazırda kənd sakinləri səksəkə içərisindədirlər. Valideynlər uşaqlarını bayıra buraxa bilmirlər ki, analoji hadisə hər an təkrarlana bilər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparıldığı deyilir.