GündəmManşetSiyasət

Azərbaycan və Fransanın xarici işlər nazirləri Laçın dəhlizinə görə mübahisə ediblər

Bakı ən gərgin məqamlarda belə Parislə təmaslardan imtina etməyib və Fransa Xarici İşlər Nazirliyinin rəhbərinin bu səfərini alqışlayırıq. Xanım Kolonna ilə görüş zamanı o, Azərbaycanın sülh sazişinin bağlanmasına dair mövqeyi barədə məlumatlandırılıb. Bunu cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda danışıqlar başa çatdıqdan sonra Fransanın xarici işlər naziri Katrin Kolonna ilə birgə mətbuat konfransında bildirib.

Əsasən o, saziş bağlanması, kommunikasiyaların açılması və erməni əhalinin reinteqrasiya prosesilə bağlı Bakının təkliflərinə erməni tərəfin cavabları ləngitməsi barədə məlumatlandırılıb.

“Laçın yolundakı vəziyyətə ayrıca toxunuldu. Bu məsələyə ayrıca baxılmaya bilməz. O, son iki ildə baş verən hadisələr və Ermənistan tərəfdən pozuntular, o cümlədən silahların və hərbçilərin qanunsuz daşınması və təbii ehtiyatların qanunsuz işlənməsi barədə məlumatlandırılıb. Ən əsası Ermənistandan minaların daşınması və Azərbaycan ərazisində yerləşdirilməsidir”, – Bayramov deyib.

Ermənistan həm erməni, həm də Azərbaycan tərəfindən nəzarət məntəqələrinin yaradılması barədə Bakının təklifinə məhəl qoymayıb. Azərbaycan tərəfindən belə məntəqənin yaradılması blokada və Qarabağla Ermənistan arasında əlaqənin dayandırılması demək deyil, Bayramov qeyd edib.

Avropa İttifaqının Ermənistandakı missiyasına toxunan Bayramov deyib ki, Ermənistanın bu missiyanın məqsədlərilə bağlı bəyanatları sülhün yaxınlaşmasına kömək etmir.

Katrin Kolonna cavab sözündə deyib ki, Bakı və Paris arasında “dialoqa” zərurət var. O, Bayramovu Parisə cavab səfərinə dəvət edib.

Fransa Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın itkilərindən və əzablarından, qaçqınlardan və insanların məhrumiyyətindən xəbərdardır. Münaqişədə, ilk növbədə, hər iki tərəfdən sadə adamlar əziyyət çəkirlər. “Bizim çağırışlarımız ondan ibarətdir ki, bütün bunlar artıq olmasın və uzunmüddətli sülh bağlansın”, – o deyib.

“Ermənistan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımalıdır – bu, sülh müqaviləsinin əsasını təşkil etməlidir”, – Kolonna qeyd edib.

Güc tətbiqindən və hərbi ritorikadan çəkinmək lazımdır. “Biz Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin yaradılmasını birmənalı şəkildə pisləyirik və hesab edirik ki, Bakı Beynəlxalq Məhkəmənin qərarını yerinə yetirməlidir”, – o deyib. Sonda Bakını bu məsələ ilə bağlı ABŞ və Fransanın mövqeyini nəzərə almağa çağırıb.

Jurnalistin “Niyə 30 il ərzində Paris Azərbaycan torpaqlarının işğal edilməsini pisləməyib, Ermənistanı təcavüzkar adlandırmayıb?” sualına cavabda Kolonna deyib ki, Fransa hər zaman məsləhət verməyə çalışıb, sülhü yaxınlaşdırmaq üçün kimisə pisləməyə yox.

Öz növbəsində Bayramov deyib ki, Paris Minsk Qrupunun vasitəçisi kimi uzun illər Bakının erməni təcavüzünü pisləmək çağırışlarına məhəl qoymayıb, sülhə can atmaq lazım gəldiyini bildirib.

“İkinci Qarabağ Müharibəsindən sonra Fransa neytrallıq nümayiş etdirmir. Beynəlxalq Məhkəmənin qərarlarını yerinə yetirməyə çağıran Fransa Ermənistandan 2020-ci il noyabr tarixli üçtərəfli sazişin müddəalarını yerinə yetirməyi və 10 min hərbçini Qarabağdan çıxarmağı tələb etmir”, – Bayramov deyib.

Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Bayramova etiraz edib və Laçın yolu ilə bağlı Beynəlxalq Məhkəmənin qərarlarının yerinə yetirilməsinin vacibliyini təkrarlayıb ki, “jest” olsun və qarşılıqlı etimadın formalaşmasını sürətləndirsin.

Ermənistan və Azərbaycan Xarici İşlər nazirlikləri rəhbərlərinin qarşıdakı ABŞ görüşünün perspektivləri barədə sualın cavabında Bayramov deyib ki, Vaşinqtonun bu istiqamətdə səylərinə görə minnətdardır. “Azərbaycan bu danışıqlarda iştirak edəcək və beynəlxalq vasitəçilərin bu istiqamətdə səylərini alqışlayır”, – Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri qeyri-müəyyən cavab verib.(Turan)

Bənzər yazılar

Back to top button