Cəmiyyət

Professor Tofiq Quliyev vəfat etdi – Azərbaycan elminə ağır itki üz verdi

Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib. “AzPolitika.info”nun məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetinin- UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, “Şöhrət” ordeni mükafatı ilə təltif edilmiş, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyev 84 yaşında vəfat edib. Mərhum professor sabah dəfn olunacaq. Onunla vida mərasimi də sabah “Təzə Pir” məscidində olacaq.

Professor Quliyev Tofiq Əvəz oğlu 1935-ci ildə Ağdam rayonunda anadan olub. 1953-cü ildə Ağdam rayonu Xındırıstan orta məktəbi bitirib, həmin ili K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1957-ci ildə həmin institutu Sənayenin iqtisadiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda mühəndis-iqtisadçı, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Sənaye-təmir idarəsində baş iqtisadçı, 1964-cü ildə Azərbaycan SSRİ ali və orta ixtisas Təhsil Komitəsi ali məktəblər idarəsinin baş inspektoru, 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində baş müəllim və dosent, sonrakı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent, professor, kafedra müdiri (1970-ci ildən) vəzifələrində çalışıb.Xalq Təsərrüfatı İnstitutu Azərbaycan Dövlət İqtisad Universitetinəçevrildidən sonra da eyni vəzifəni tutub.

1960-1963-cü illərdə Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun “Əməyin iqtisadiyyatı” kafedrasının əyani aspirantı olan T. Quliyev Azərbaycanda ən gənc elmlər doktoru elmi dərəcəsini alan alimlərimizdəndir. O, 1963-cü ildə orada namizədlik dissertasiyasını, 1968-ci ildə- 33 yaşında doktorluq dissertasiyasını müdafiə edib.

1992-ci ildə Əməkdar Elm Xadimi adına layir görülüb. “Şöhrət” ordeni ilə təltif edilib. Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert şurasının üzvü kimi fəaliyyət göstərib. 1990-1998-ci illərdə Beynəlxalq iqtisadçılar ittifaqının rəyasət heyətinin üzvü olub. 2010-cu ildə “Qızıl qələm” mükafatına layiq görülüb.

Qeyd edək ki, professor Tofiq Quliyev dünya elmi ictimaiyyəti tərəfindən yaxşı tanınan azsaylı alimlərimizdən biridir. Bu da təsadüfi deyil. Məsələ ondadır ki, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru T.Ə. Quliyev dünyada əmək sahəsində ən güclü mütəxəssislərdən biri hesab olunur.

Professor Tofiq Quliyev 500-dən artıq elmi-metodiki əsərin, monoqrafiyanın, məqalənin müəllifidir. Onun Moskvanın ən nüfuzlu nəşriyyatlarında dərc edilən bu kitabları və monoqrafiyaları dünyanın məşhur kitabxanalarının rəflərini bəzəməkdədir. Dünyanın 30-dan çox ölkəsində, o cümlədən nüfuzlu Harvard Universitetinin kitabxanasında 5 kitabı oxuculara təqdim edilmişdir. Bu kitabların bəziləri dünyanın müxtəlif ölkələrinin dillərinə tərcümə edilmişdir.

Professorun hələ 1967-ci ildə Moskvanın “Mısl” nəşriyyatında nəşr olyunan və geniş müzakirələrə səbəb olan mənafelər probleminə həsr edilən monoqrafiyası bu gün də dünyanın müxtəlif ölkələrində elm adamları tərəfindən maraqla oxunan, istinad edilən kitab olaraq qalır. Eləcə də 1974-cü ildə həmin nəşriyyatda nəşr olunan əməyin reduksiyası probleminə həsr edilən monoqrafiyası bu sahədə tədqiqat aparan alimlərin ən çox müraciət etdiyi kitablardan biridir(Şəkillər aşağıda verilib-red.). Bunu Harvard Universitetinin kitabxanasınnın “İqtisadiyyat” bölməsinin direktoru Kristin Conson da bildirmişdir.

HARVARD KAZOMO, Azərbaycandan olan professor Kazım Əzimovla görüşündə qeyd etmişdir ki, Tofiq Quliyevin kitabları ən çox oxunan, sitat gətirilən mənbələr sırasına daxildir. Yuxarıda adları qeyd olunan kitablardan birinə 93, digərinə isə 97 istinad qeydə alınmışdır. Bundan əlavə, kitabxananın “Xəbərlər” bülletenində və elektron versiyada həmin kitabların ingilis dilində mükəmməl annotasiyası verilmişdir.

Qeyd edək ki, professor Tofiq Quliyevin yalnız sovet hakimiyyəti dövrü nəşr olunan əsərləri deyil, müstəqillik illərində yazdığı kitablar, monoqrafiyalar və elmi məqalələr də keçmiş ittifaq və dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Təsadüfi deyil ki, onun bir çox əsərləri bu gün də Moskvanın nüfuzlu nəşrləri tərəfindən cap edilir, xarici ölkələrin kitabxanalarında, elmi mərkəzlərində öyrənilir.

Mərhum professorun Bakıda və Moskvada elm ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilən çoxlu sayda kitabları nəşr olunub. O, bir sıra dərslik, monoqrafiya və kitabçanın, 500-ə qədər elmi-metodiki əsərin, monoqrafiyanın, məqalənin müəllifidir. T. Ə. Quliyevin “Əməyin iqtisadiyyatı”, “Əməyin elmi təşkili”, “İdarəetmənin əsasları”, “Əməyin sosiologiyası”, “Menecmentin əsasları”, “İnsan resurslarının idarə edilməsi” kimi dərslikləri, “Tənzimlənən bazar iqtisadiyyatı” “İnflyasiyanın anatomiyası”, “İqtisadi məntiq”, “Liberalizmin böhranı”, İqtisadi sistemlərin sabitliyi və etibarlılığı” adlı fundamental monoqrafiyaları yalnız Azərbaycanda deyil, bir çox xarici ölkələrdə alim və tələbələrin stolüstü kitabına çevrilmişdir. Bu kitabların bir hissəsi xarici ölkələrdə yenidən cap edilmişdir.

Belə ki, professor CIN FEXRI VERITofiq Quliyevin rus dilində nəşr olunmuş “Tənzimlənən bazar iqtisadiyyatı” kitabı 2000-ci ildə Budapeştdə keçirilən beynəlxalq konfransda internetə daxil edilmişdir.

Həmin kitab 2001-ci ildə Moskvanın “Mısl” nəşriyyatı tərəfindən yenidən çap olunub. Harvard Universitetinin kitabxanasına da daxil olunan bu kitab tez-tez müraciət oilunan əsərlər sırasındadır.
Bu kitaba görə, pofessor T. Ə. Quliyev Çin Xalq Respublikasının Dövlət kitabxanasının və bu ölkənin Azərbaycandakı səfirliyinin fəxri fərmanına layiq görülmüşdür. Fəxri fərman T.Quliyevə kitabda yeni elmi ideyalarla çıxış etməsinə və Çin Xalq Respublikasının Dövlət kitabxanasını zənginləşdirdiyinə görə təqdim edilmişdir.

Bundan əlavə, 2013-cü idə Moskvanın nüfuzlu “Ekonomika” nəşriyyatında Azərbaycan aliminin “İqtisadi məntiq”, 2014-cü ildə isə “Liberalizmin böhranı” adlı fundamental tədqiqatlarının nəticələri monoqrafiyalar şəklində rus dilində çap edilərək yayılıb.

Bu kitabların hamısı beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilib.

Qeyd edək ki, professor Tofiq Quliyev iqtisadiyyat sahəsi üzrə dünyada tanınmış alimlərimizdən biri olsa da, onun yaradıcılığı çoxcəhətli və geniş diapazonlu olub.

Belə ki, hələ tələbəlik illərində silsilə elmi məqalələrlə yanaşı, hekayə və şeirlər də yazıb çap etdirən mərhum professor Tofiq Quliyev bədii-publisistik fəaliyyətilə də tanınıb. “Tofiq Fərid” imzası ilə şeirlər yazan professorun “Türkün türküsü”, “Dünyanı dəyişə bilsəydim”, “Mən kiməm?” (rus dilində), “Haqqın səsi”, “Qəzəllər”, “Satirik şeirlər”, “Yumoristik və satirik hekayələr” kitabları geniş maraqla qarşılanr. Bu kitablar haqqında maraqlı yazılar və mülahizələr söylənilmişdir.

Bənzər yazılar

Back to top button