Hadisə

“Zorlanan” müəllimə, yoxsa təhsilin baş bəlaları…

Qısa fasilələrlə təhsil ocaqlarında qəribə hadisələr olur. Bu qəribəliklərin başında zorlama hallarının baş verdiyinə dair xəbərlər durur. Xəbərlər ictimai rəydə qıcıq, mediada isə diqqət yaradır. O da ayrı məsələdir ki, bəzən həqiqət olan həmin olayları törədən adamlar, psixoloji və mənəvi qüsurlular ölkənin təhsil sisteminə necə girib. Bir də maraqlı olan məsələ o ki, indiyə qədər niyə bu qədər ictimailəşmirdi belə hallar. Yox idimi? İnanılası deyil. Demək ki, gizlədilirdi, ya da hədəf olacaq adam deyildi kürsüdəki. Nə isə, bu, indi müzakirə mövzusu deyil. Qısa söhbətdə gənc müəlliməyə “əxlaqsız təklif” etmək ittihamı ilə günahlandırılan Allahverdi müəllim belə bir məsələ qaldırıb. Dedi ki, “lap tutalım mən pis müdirəm, pis direktoram, ümumiyyətlə, pis adamam, bunu qoyun kənara. Siz Gülnar Ələsgərovanın mənə dediklərinə qədərki fəaliyyətini araşdırmısınızmı?”… Təbii ki, yox. İndi baxın, necə olur ki, hər kəsin səsini yazan, telefonunda saxlayan, istintaqa, nazirliyə təqdim eləyən adam, mənim ona əxlaqsız təklifimin bir kəlməsini də yazmağı, məni əsaslı cəzalandırmağı düşünməyib? Buna ağlı, bacarığımı çatmayıb? Əsla belə deyil. Bütün müqəddəslərə and olsun ki, belə təklif hem zaman olmayıb”…

Maraqlı fikir idi və ardınca getməyə dedik. O üzdən Allahverdi müəllimin məsələ ilə bağlı başqa dediklərinə də diqqət yetirməyə dəyər. Ancaq bir qədər sonra. Çünki G.Ələsgərovanın 12 saylı məktəbə qədər də çalışdığı təhsil müəssisəsi olub. Öncə 4 saylı Respublika Xüsusi İnternat Məktəbinin direktoru Vəfa Seyidovanın yaşadıqlarını onun özündən eşidək.

5000-lik şantaj…

Vəfa Seyidova deyir ki, G.Ələsgərova 2012-ci il oktyabrın 13-də 4 saylı Respublika Xüsusi İnternat Məktəbinə tərbiyəçi kimi işə götürülüb. Fəaliyyətə başlayandan az sonra G.Ələsgərova tərbiyəçi vəzifəsindən müəllim vəzifəsinə keçirilməsi ilə bağlı direktora müraciət edib. Direktor müəllimlərin işə qəbulunu Təhsil Nazirliyinin qaydaları əsasında həyata keçirilə biləcəyini və elektron ərizə ilə müraciət etmək lazım olduğunu söyləyib.
Bundan sonra G.Ələsgərova ilə direktorun münahisəsi yaranıb. Mübahisənin təşəbbüskarı birinci olub. Müəllim vəzifəsinə keçə bilmədiyi üçün müxtəlif dövlət orqanlarına şikayət məktubları ünvanlayıb. Direktor daha sonra söyləyib ki, G.Ələsgərova müraciətlərində müəllim vəzifəsinə keçirilməsi üçün 5000 manat pul verdiyini söyləyib, bununla bağlı iddia qaldırılmasını tələb edib. Qadın onun rüşvət olaraq təqdim etdiyi 5000 manatı geri alması üçün dövlət qurumlarından dəstək istəyib (QEYD: Yeri gəlmişkən, rüşvət faktının aşkarlandığı halda hər iki tərəf – rüşvəti alan və verənin qanunvericiliklə cəzalandırılması nəzərdə tutulur). Ancaq nəticəsi olmayıb.

İclasda dava…

V.Seyidova bu cəhdin bir nəticə vermədiyindən deyir. Bildirir ki, G.Ələsgərova 2015-ci ilin noyabrında məktəbin tərbiyəçiləri ilə keçirilən iclasda bu üzdən onunla mübahisə edir: “Məni təhqir edib, sonra da döyüb. İnsidentdən sonra məktəb kollektivinin 81 nəfər üzvünün iştirak etdiyi toplantının qərarına əsasən işdən azad edilib”.

Məhkəmə davası açılıb…

4 saylı internat məktəbin direktoru V.Seyidova deyir ki, qərar G.Ələsgərovanın xeyrinə olmayıb. Bu üzdən o, məktəbinin direktorundan Xəzər rayon prokurorluğuna təkrar şikayət ünvanlayır. Eyni zamanda 5000 manatla bağlı təkrar araşdırma tələb edib.

Beyin silkələmnəsi, təpənin hemotoması…
Direktor fikirlərinə onu da əlavə edib ki, məktəbdəki dava ona ağır başa gəlib. Belə ki, G.Ələsgərova 4 saylı internat məktəbində iclas zamanı ictimai qaydanı pozub, xuliqanlıq hərəkətləri edib. Direktor bu fikirlərin rəsmi istintaq sənədlərində yer aldığıni iddia edir. Eyni zamanda bildirir ki, Gülnar müəllimə onu döyərkən qapalı kəllə-beyin travması, təpə nahiyəsinin hematoması, üst dodağın qançırı, döş qəfəsinin, sol əlin sıyrıqları kimi müxtəlif dərəcəli bədən xəsarətləri alması haqda tibbi ekspertizanın sənədləri də işə əlavə olunub.

Bir neçə saat kamerada…
Tərbiyəçi müəllim əvvəlcə istintaqa ifadə verməkdən imtina edib: “İşin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmasını tələb edib. Təklif rədd edilib. İfadə vermək üçün polis əməkdaşları müşaiəti ilə G.Ələsgərova polis idarəsinə gətirilib. Polis əməkdaşlarlı ifadəsi alınana qədər onu bir neçə saatlıq idarədə saxlamağa məcbur olublar. Daha sonra cinayət işinə baxılması üçün sənədlər Xəzər rayon məhkəməsinə göndərilib. Gülnarəni isə qardaşının idarədə səs-küy salması gecəni saxlama yerində keçirməkdən azad edib”.

Barışıq…
V.Seyidova bildirir ki, Xəzər rayon məhkəməsində işə baxış mərhələsində o, G.Ələsgərova ilə barışmaq istəyib. “Düşündüm ki, məsələ uzanmasın, bəlkə aldığı dərs onu yoluna qaytarar. O, etiraz etmədi, amma iş yerinin 12 saylı xüsusi internat məktəbinə dəyişdirilməsi ilə bağlı müraciəti etdi və müsbət cavab alıb. Sonra o, bu məktəbdə də xeyli mübahisələrin iştirakçısı olub və məktəbin direktoru Allahverdi Vəliyevi ona “əxlaqsız təklif” etməkdə günahlandırıb”.

Gülnarı necə köçürdülər?..
12 saylı internat məktəbin direktoru Allahverdi Vəliyev deyir ki, 2016-cı ilin aprelində köçürülmə yolu ilə G.Ələsgərova məktəbə tərbiyəçi vəzifəsinə təyin edilib: “Gülnar müəllim üçün məktəbdə bütün iş şəraiti yaradılıb. O, işə başladığı gündən uyğun olaraq müxtəlif vaxtlarda öz və tədris ili hesabına məzuniyyətlərə belə göndərilib. Sonradan G.Ələsgərova məktəb daxili nizam-intizam qaydalarını pozması ilə diqqət çəkdi. Bu barədə xəbərdarlıqlara kollektiv üzvlərinə qarşı qərəzli, böhtan xarakterli hərəkətlərlə cavab verdi. Bu kimi hallarla bağlı internat məktəbinin tərbiyəçiləri Təhsil Nazirliyinə rəsmi müraciət də yollayıblar”. A.Vəliyev deyir ki, nazirliyə bəlli müraciət də insidentsiz ötüşməyib. “Məsələ ilə bağlı internat məktəbdə keçirilən iclasda G.Ələsgərova bu dəfə direktor müavinlərinə hücum edib. H.Qasımova və M.Əliyevaya qarşı fiziki güc tətbiq edərək müraciət barədə əmri əllərindən alıb. Onlara və kollektivə qarşı nalayiq ifadələr işlədib. Kollektiv üzvləri Gülnar müəllimi sakitləşdirməyə çalışıblar. Ara sakitləşsə də, bu qadının hikkəsi keçmədi”.

Polisə şikayət…bu dəfə 12 saylı internatdan….
Direktor deyir ki, bu üzdən G.Ələsgərovadan şikayət yazılıb: “Müəssisədə sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyə aldığı, bu kimi halların onların səhhətlərinə mənfi təsir göstərdiyi qeyd edilib. Xahiş olunur ki, G.Ələsgərova barəsində qanun çərçivəsində ölçü götürülsün”.

“Əxlaqsız təklifə” gətirən yol…

Məlum müraciətdən sonra qarşılıqlı ittiham ortaya çıxır. G.Ələsgərova 12 saylı xüsusi internat məktəbinin direktoru A.Vəliyevin ona əxlaqsız təklif etməsi ilə bağlı müraciəti müvafiq dövlət qurumlarına ünvanlayıb. Üstəlik, ictimailəşdirərək mediaya çıxarıb. A.Vəliyev deyir ki, iş üzrə Xəzər RPİ-nin 1-ci Polis Bölməsində toplanan material araşdırılması üçün rayon prokurorluğuna göndərilir.

Dövlət qurumundan rədd cavabı…

12 saylı internatın direktorunun dediyinə görə, aparılan araşdırma zamanı cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərini təsdiq edən kifayət qədər inandırıcı dəlillər olmayıb: “Ona əxlaqsız təkliflər etdiyim barədə məlumat təsdiqini tapmadığı üçün Xəzər Rayon Prokurorluğunda cinayət işinin açılması rədd edilib”.

Prosesə deputatlar qoşulur…

A.Vəliyevin məlumatına görə, G.Ələsgərova ona lazım olan qərarı hüquq-mühafizə orqanları tərəfindən əldə edə bilmədiyi üçün Milli Məclisə üz tutub. “Müxtəlif vaxtlarda MM-in iki üzvü, həm də bir neçə dəfə onunla bağlı Təhsil Nazirliyinə sorğu göndərib. Hər iki millət vəkili qadının himayəsində üç azyaşlı uşaq olması, həyat yoldaşından ayrıldığı ilə bağlı faktı nəzərə alaraq məsələnin araşdırılmasını Təhsil Nazirliyindən xahiş edib”. A.Vəliyev deyir ki, müraciətlərdə ona “əxlaqsız təklif” etməsi barədə bir kəlmə belə yazılmayıb.

HAŞİYƏ: Qeyd edək ki, G.Ələsgərova Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri Kənan Quliyev, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdiri Məlahət Hacıyevanın qəbulunda olur. Nazirlik məsələnin araşdırılması üçün komissiya yaradıb. Nazirliyin yaratdığı komissiya müəllimin şikayətlərindəki faktları araşdırıb. Məlum olub ki, uşaqların qidası, məcburi əməyə cəlb edilməsi kimi xoşagəlməyən ittihamlar reallığı əks etdirmir. Həmçinin şagirdlərin fiziki təzyiqə məruz qalması ittihamı da özünü doğrultmur. Bununla əlaqədar müvafiq akt tərtib olunub, şikayətçi G.Ələsgərova araşdırmadan razı qaldığını, məktəb direktoru ilə hər hansı probleminin olmadığını imzası ilə təsdiqləyib. Yenidən məktəbdə fəaliyyətini davam etdirib.

Nə istəyirlər yazsınlar…
Yenidən səhlənkarlıq, işə yubanma, vəzifə səlahiyyətlərini aşma, münasibətlərdən sui-istifadə halları da öz yerində. A.Vəliyev bildirir ki, bu faktlar direktor müavini və psixoloq tərəfindən tərbiyəçilik saatlarında şagirdlərlə təlim-tərbiyə işinin aparılmasına baxış keçirilən zaman aşkarlanıb. “G.Ələsgərovanın həmin tarixə gündəliyi yazmadığı, onun tərbiyəçisi olduğu qrupun uşaqlarının geyimlərinin səliqəsiz, əl-üzlərinin çirkli vəziyyətdə olduğu müəyyən edilib. Direktor müavini növbəti günün dərsləri üzrə ev tapşırıqlarının hazırlığına başlanmasını tələb etdikdə, G.Ələsgərova “heç bir hazırlıq keçmirəm, nə istəyirlər yazsınlar” söyləyib, şagirdlərin gözü önündə əsəbi halda direktor müavini ilə mübahisə edib. A.Vəliyev deyir ki, bu hadisələrdən sonra Gülnar müəllimənin ona böhtan atmaqdan başqa yolu qalmayıb yəqin ki…

Bu qadın…
12 saylı internat məktəbin direktoru deyir ki, mətbuat Gülnar müəllimin digər məhkəmə proseslərini araşdırsa daha yaxşı olar. O, yaşına uyğun olaraq həmin məhkəmə prosesləri haqda danışmaqdan utanır: “Gülnar müəllim həm də üç uşaq anasıdır. Üç övladı böyüyür. Bir sual da bu ki, belə avtobioqrafik göstərici ilə nə qədər nümunədir?”
A.Vəliyev deyir ki, bütün sadalanan xoşagəlməzliklərdən sonra Məktəbin Həmkarlar Təşkilatı tərbiyəçi G.Ələsgərova ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq xitama razılıq verib: “G.Ələsgərova indi həm də 12 saylı internat məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və əmək haqqının ödənilməsi” tələbi ilə Bakı Şəhər Xəzər Rayon Məhkəməsinə müraciət edib. Müraciətə Xəzər Rayon Məhkəməsinin inzibati binasının açıq məhkəmə iclasında baxılıb. İnternat məktəbin qərarında hər hansı qanun pozuntusunun olması aşkarlanmayib. Yəni iddia təmin edilməyib. G.Ələsgərova bu dəfə Xəzər Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Hələlik prosesə yekun vurulmayıb”.

Bizimyol.info

Bənzər yazılar

Back to top button