İdman

“Dünyanın ən yaxşı oyunçusu və ən yaxşı hücumçusu “Barselona”da oynayır”

“Barselona”nın hücumçusu Martin Breytveyt “Diario Sport”a müsahibəsində komanda yoldaşı Luis Suaresin onun haqqındakı xoş fikirlərinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, Breytveyt Suaresi dünyanın ən yaxşı hücumçusu adlandırıb:

“Luisə xoş sözlərinə görə təşəkkür edirəm. O, yaxşı insandı. Komandaya yeni qoşulmağıma baxmayaraq, mənimlə xoş rəftar edir. Suares – mənim üçün əsl nümunədi. O, dünyanın ən yaxşı hücumçusudu. Belə deyim: dünyanın ən yaxşı oyunçusu (Messini nəzərdə tutur – Fanat.Az) və ən yaxşı hücumçusu “Barselona”da oynayır.

Suaresin qayıdışını səbirsizliklə gözləyirəm. Çünki ondan çox şey öyrənə bilərəm. Təbii ki, “Barsa”ya keçməkdə məqsədim bacarığımı nümayiş etdirməkdi. Mən bura sadəcə məşqlərdə iştirak etmək və Barselonada evə sahib olmaq üçün gəlməmişəm. Hədəflərim var və onlara çatacam”.

Bənzər yazılar

Back to top button