İdman

Türk ulduz milli karyerasını bitirdi

Dortmund “Borussiya”sının və Türkiyə yığmasının 29 yaşlı yarımmüdafiəçisi Nuri Şahin milli karyerasını bitirdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, o, sosial şəbəkədə yığmayla vidalaşıb. Karyerasına hazırda şərəfini qoruduğu “Borussiya”da başlayan orta xətt oyunçusu “Feyenoord”da icarə əsasında çıxış etdikdən sonra yenidən “arılar”ın sıralarına dönüb. 2011-ci ildə Madrid “Real”ına keçən Nuri İspaniya nəhəngində möhkəmlənə bilməyərək “Liverpul”a üz tutub. İngiltərə təmsilçisinin Dortmund klubuna icarəyə verdiyi futbolçu 2014-cü ildə almanlarla yeni anlaşma imzalayıb.

Bənzər yazılar

Back to top button