Siyasət

YAP qurultaya hazırlaşır: Bu şəxslər rəhbərlikdən uzaqlaşdırılacaq

Yeni Azərbaycan Partiyası özünün qurultayını keçirəcək.

Bu barədə Gununsesi.info-ya hakim partiyadakı mənbələr bildirib. Məlumata görə, YAP-ın bu dəfəki qurultayı əvvəlkilərdən xeyli fərqli olacaq. Belə ki, hakim partiyanın İdarə Heyəti və Siyasi Şurasında olan bir sıra ünlü şəxslər öz postlarından kənarlaşdırılacaq.

Mənbə YAP rəhbərliyindən kənarlaşdırılacaq bəzi şəxslərin kimliyini də açıqlayıb. Qurultayda YAP sədrinin 4 müavinindən 2-si öz postu ilə vidalaşacaq.

Həmin şəxslər bunlardır.

1.Əli Həsənov (Baş nazirin sabiq müavini)

2. Akif Əlizadə (AMEA-nın sabiq prezidenti)

İdarə heyətindən kənarlaşdırılacaq şəxslər də bir zamanlar hakim partiyanən əsas simaları olanlardır. Onları da təqdim edirik:

1. Hacıbala Abutalıbov – Baş nazirin sabiq müavini

2. Vaqif Əliyev – Mədəniyyət və Turizm nazirinin I müavini

3. Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

4. Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini

5. Əli Həsənov – PA-nın sabiq şöbə müdiri

6. Əli Həsənov – Baş nazirin sabiq müavini

7. Yusif Hümbətov – «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri

8. Nizami Xudiyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

9. Eldar İbrahimov – Milli Məclisin İntizam komissiyasının sədri

10. Kərim Kərimov – Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

11. Abel Məhərrəmov – (BDU-nun sabiq rektoru)

12. Arif Rəhimzadə – (Milli Məclis sədrinin sabiq müavini)

13. Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

14. Mixail Zabelin – Milli Məclisin deputat

YAP Siyasi Şurasının üzvlüyündən xaric ediləcək bəzi şəxslərin də kimliyi bəllidir.

Məlumata görə, Siyasi Şuranın da tərkibi tamamilə yenilənəcək.

Siyasi Şuradan kənarlaşdırılacaq şəxslər arasında PA-nın sabiq şöbə müdirləri Fatma Abdullazadə və Elnur Aslanov da var.

Bənzər yazılar

Back to top button