CəmiyyətGündəmManşet

12 ildə intiharların sayı 4 dəfədən çox artıb (CƏDVƏL)

Son günlər yenidən aktuallaşan intiharlarla bağlı sensasiya sayıla biləcək statistika açıqlanıb.

AzToday.az xəbər verir ki, iqtisadçı Toğrul Vəliyev son 12 ildə Azrbaycanda olan intiharların sayını hesablamağa çalışıb.

Onun sözlərinə görə, 2008-2020-ci illərdə intiharların sayı 4 dəfədən çox artıb:

“Açıq mənbələr əsasında (təəssüflər olsun ki, nə Dövlət Statistika Komitəsi, nə də Səhiyyə Nazirliyi intiharlara dair rəqəmləri hesablamır) Azərbaycanda intiharların sayını hesablamağa çalışdım. Baş Prokurorluğun və bəzi digər mənbələrin məlumatına görə, 2008-2020-ci illərdə intiharların sayı 4 dəfədən çox artıb.

Nəzərə almaq lazımdır ki, bu yalnız cinayət işi açılmış halların sayıdır. Neçəsi qeydə alınmır? Bəlli deyil. Misal üçün, 2016-ci ildə 507 intihar hadisəsi baş verdiyi halda, ictimai təşkilatların birinin məlumatına görə 515 intihara cəhd hadisəsi qeydə alınmışdı”.

Bənzər yazılar

Back to top button