GündəmManşetSiyasət

Bakı Azərbaycan əleyhinə yürüşdə “sülhməramlı keşiş”in iştirakı ilə bağlı susur

Rəsmi Bakı 20 fevral 2020-ci il tarixində Xankəndi şəhər sakinlərinin antiazərbaycan siyasi yürüşündə Rusiyanın bir neçə sülhməramlısının iştirakı faktına hələlik münasibət bildirməyib.

XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Turan-dan xahiş edib ki, Qarabağın Azərbaycandan ayrılması uğrunda hərəkatın (“Miatsum”adlandırılan) başlanmasının 33 illiyi münasibətilə keçirilən yürüşdə Qarabağ separatçılarının liderləri Arayan Arutyunyan və Vitali Balasyanla yanaşı addımlayan hərbi keşişin FB-da yayımlanmış fotosu ona göndərilsin. Turan fotoları və rəsmi rəyi təqdim etmək xahişilə sorğunu XİN-ə göndərib.

Azərbaycan cəmiyyətində fevralın 20-də keçirilən aksiyada Rusiyanın Qarabağdakı hərbi kontingentinin nümayəndələrinin fəal iştirakı Kremlin ermənilərin separatçılıq niyyətlərini dəstəkləməsinin göstəricisi kimi qiymətləndirilir.

Əldə olunan qeyri-rəsmi məlumata görə, rəsmi Bakının narazılığı Rusiya rəhbərliyinə çatdırılıb. Həmin mənbələr bildirirlər ki, Azərbaycanın etirazı baxılmaq üçün sülhməramlıların komandanlığı tərəfindən qəbul edilib. Yaxın 2-3 gündə həmin keşiş Azərbaycandan çıxarılacaq, – mənbə bildirib.

Digər məlumatlara görə, Xankəndidə antiazərbaycan aksiyasının fəal iştirakçısının dini statusu və adı “ierey Boris”dir və o, hərbi keşişdir.

Yürüşdən sonra fevralın 20-də o, Kəlbəcərdə Xudavənd alban monastırını ziyarət etmək niyyətində olub, ancaq Azərbaycan Ordusunun hərbçiləri onu məbədə buraxmayıblar.

Rusiyalı politoloq, RF ordusunun keçmiş zabiti Oleq Kuznetsov FB-də müzakirələrdə RF hərbi keşişlərinin intellektual səviyyəsi haqda kəskin mənfi fikir bildirib və yazıb ki, və bu vəzifəni uğursuz siyasi rəhbərlərə verirlər. O əlavə edib ki, RF hərbi keşişləri hərbi komandirlərə yox, öz dini rəhbərliklərinə tabedirlər.

Bənzər yazılar

Back to top button