Koronabiznes: “Referans” klinikası “DOST”la muqavilə imzaladı

by Aztoday Xəbər Portalı

Bu gün “2 saylı Bakı Dost Mərkəzi” və “3 saylı Bakı Dost Mərkəzi” MMC-lər COVİD-19 xəstəliyinə səbəb olan virusun müəyyənləşdirilməsi məqsədilə əməkdaşların test müayinəsindən keçirilməsi işləri ilə əlaqədar “Referans Klinik Laboratoriya Mərkəzi” MMC ilə satınalma müqavilələri bağlayıb.

Qaynarinfo xəbər verir ki, hər iki satınalma müqaviləsinin məbləği 39 min 506 manat 40 qəpikdir.

Qeyd edək ki, 13.01.2021 tarixdə eyni məbləğli müqaviləni 1 saylı Bakı Dost Mərkəzi də “Referans Klinik Laboratoriya Mərkəzi” ilə bağlayıb.

Kotirovka sorğusu əsasında bağlanan müqavilələrin detalları açıqlanmayıb.

Bildirək ki, “Referans Klinik Laboratoriyaları” MMC 2014-cü ildə yaranıb. Bu MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Aqil Mirzəyev Əlövsət oğludur.

Koronavirus pandemiyası fonunda 16.07.2020 tarixindən indiyə kimi “Referans Klinik Laboratoriyaları” MMC ilə 12 satınalma müqaviləsi bağlanılıb. Bu müqavilələrin ümumi dəyəri 941 min 870 manatdır. Müqavilələrin altısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumlar bağlayıb.
Xatırladaq ki, pandemiya dövründə AZAL bilet alan şəxslərdən koronavirus testindən keçməyi tələb edir ki, testi keçirən 3 klinikadan biri də “Referans” klinikasıdır. Məlumata görə, klinika AZAL-ın təyyarələri ilə xaricə getmək istəyən şəxsi 130 manata testdən keçirir.

Bənzər Yazılar