İdman

“Bavariya” bombardirini itirdi

“Bavariya” ciddi itki ilə üzləşib.

Fanat.Az xəbər verir ki, komandanın əsas qol silahı Robert Levandovski sıradan çıxıb.

Forvard Çempionlar Liqasının 1/8 finalında “Çelsi” ilə ilk matçda (3:0) sol dizindən zədə alıb. Münhen klubunun rəsmi saytı polşalı hücumçunun təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.

Qeyd edək ki, Levandovski Londonda komandasının ilk 2 qolunun ötürməsini verib, 3-cü topu isə özü qapıdan keçirib. O, bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 39 qola imza atıb. ÇL-də isə 11 qolla ən yaxşı bombardirdi.

Bənzər yazılar

Back to top button