Hadisə

Azərbaycanda gənc qız burun əməliyyatı zamanı öldü

Qax Mərkəzi Rayon Xəstəxanasında burun əməliyyatında ölən qız şoka düşüb.

AzToday.az xəbər verir ki, Bu barədə Oxu.Az-a Qax Mərkəzi Rayon Xəstəxanasının direktoru Tərlan Əhmədzadə məlumat verib.

Onun sözlərinə görə, pasiyent əməliyyata hazırlıq zamanı şoka düşüb:

“Əməliyyatdan öncə xəstəyə 0,5%-li lidokain inyeksiya edilib”.

Həkimin sözlərinə görə, xəstə bir anda anafilaktik şoka düşüb:

“Xəstəni şok vəziyyətdən çıxarmaq üçün həkimlər tərəfindən zəruri tədbirlər görülüb. Bir neçə saat süni tənəffüs aparatına qoşulub. Lakin təəssüf ki, xəstənin həyatını xilas etmək mümkün olmayıb”.

***09:48

Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.

AzToday.az-ın “Report”a istinadən məlumatına görə, hadisə martın 11-də Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Daha sonra R.Layıcova orada ölüb.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

Bənzər yazılar

Back to top button